Dünya

Məşhur aktyor vəfat etdi

23 May 2017 18:39
0 Şərh     Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur britaniyalı aktyor Rocer Mur 89 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə aktyorun yaxınları "Tvitter"də məlumat veriblər. R. Mur İsveçrədə dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
 
R. Mur 1927-ci ildə anadan olub. O, daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınırdı. Aktyor "Qızıl tapançalı insan" (1974), "Məni sevən casus" (1977), "Ay yarışçısı", (1979),"Yalnız sənin gözlərin üçün" (1981) və "Öldürməyə baxış (1985) filmlərində müxtəlif obrazlar yaradıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.