Dünya

Mançesterdə teraktdan sonra 12 uşaq xəstəxanaya yerləşdirilib

23 May 2017 17:38
0 Şərh     Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Mançester şəhərində baş vermiş terror aktından sonra 12 uşaq müxtəlif dərəcəli xəsarətlərlə şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mançester şəhər təcili yardım xidmətinin rəhbəri açıqlayıb.

Bundan başqa, digər xəstəxanalara da bir neçə uşağın yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.