Dünya

Mançesterdə partlayış törətmiş şəxsin ADI AÇIQLANDI - YENİLƏNİB

23 May 2017 17:45
1 Şərh     Baxış: 2 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:45

Mançesterdə partlayış törətmiş şəxsin adı məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Mançester Arena" stadionunda hücumu törətmiş şəxs 23 yaşlı Salman Abedidir.

Bu məlumat hələ ki rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Bir müddət əvvəl bir nəfər hücumla əlaqədar həbs olunmuşdu.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

---------

15:26

Mançesterdə stadionda terror aktını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Mançester Qraflığının polisindən verilən məlumatda qeyd olunub.

Məlumata görə, terror aktını törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs aparılan reyd nəticəsində saxlanılıb.

Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.