Dünya

İŞİD Mançester faciəsini bayram edir - "Whatsapp" mesajları - FOTO

23 May 2017 12:24
1 Şərh     Baxış: 2 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam məşhur amerikalı müğənni Ariana Qrandenin İngiltərənin Mançester şəhərindəki konserti faciə ilə bitib.

Milli.Az "Mirrror"a istinadla bildirir ki, "Mançester Arena" stadionundakı konsert qurtaranda güclü partlayış olub.

Partlayış nəticəsində 22  nəfər ölüb, 59 nəfər yaralanıb. Yaralananların çoxu yeniyetmədir. 

Hadisənin terror olduğu təsdiqlənib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Dünən isə İŞİD tərəfdarları sosial şəbəkədə Mançester faciəsini bayram ediblər. Onlar sosial şəbəkədə "siz bizim təhdidlərimizi unutmusunuz?","Onları hər yerdə öldürün", "Biz bu qəddarlığı qeyd edirik" kimi ifadələr yazıblar. 

İŞİD tərəfdarlarının "Whatsapp" mesajları da yayılıb.

Qeyd edək ki, "Mançester Arena"dakı bu partlayış 2005-ci ildə 56 nəfərin öldüyü London hücumundan sonra dəhşətli hadisə kimi tarixə düşüb. 

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.