Dünya

Məşhur aktrisaya xərçəng diaqnozu qoyuldu: Təcili əməliyyata aparılır

22 May 2017 18:00
4 Şərh     Baxış: 2 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir ağciyərlərindən narahat olan məşhur aktrisa Hülya Koçyiğitə ağciyər xərçəngi diaqnozu qoyulub.

Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, ABŞ-da olan məşhur sənətçinin diaqnozdan dərhal sonra əməliyyat qərarı verilib.

Bu gün əməliyyat masasına uzanacaq məşhur sənətçi sevənlərindən bir xahiş edib:

"Bu gün mənim üçün çətin bir gündür. Sizə gözəl xəbərlər verməyi ümid edərək yazıram. Hələ Nyu - Yorkdayam. Əməliyyata girəcəyəm birazdan. Sizdən mənim üçün dualarınızı əsirgəməməyinizi ümid edirəm. Hər zaman gözəl diləklərinizlə yanımda olduğunuzu hiss etdirdiyiniz üçün hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Var olun!'

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.