Dünya

Ermənistanın yeni böyük düşməni

22 May 2017 16:54
1 Şərh     Baxış: 4 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanda Böyük Britaniya səfirliyinin üzərində cinsi azlıqların bayrağının asılması iki ölkə arasında ciddi narazılığa səbəb olub.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, mayın 17-də homofobiyaya qarşı mübarizə günü ilə bağlı Ermənistanda LHBT (lesbian, homoseksual, biseksual, transseksual) icmasının hüquqlarının pozulduğunu düşünən Britaniya səfirliyi binanın qarşısında Britaniya bayrağının yerinə LHBT icmasının bayrağını asmışdı.

"Kavkazskiy Uzel" yazır ki, Ermənilər isə Britaniya səfirinin bu cür iddiaları ilə razılaşmırlar və Ermənistanda LHBT qruplaşmasına qarşı heç bir homofobiya, yəni homoseksuallara nifrət təzahürü olmadığını iddia edirlər. Britaniya səfirliyinin iradı erməniləri o qədər qəzəbləndirib ki, onlar səfirliyin binasının qarşısında etiraz mitinqi keçirərək səfirliyin bağlanmasını tələb edirlər. 

Əslində, ermənilər bu məsələdə haqlı kimi görünürlər. Sosial şəbəkələrdə aparılan araşdırmalar bu ölkədə  LHBT-nin payının postsovet məkanı üzrə ən yüksək olduğunu görmək olar. Məsələn, rusdilli sosial şəbəkə olan "Odnoklassniki"də bir neçə ilə əvvəl aparılan araşdırmalar MDB məkanı üzrə ən çox lesbian qadınların İrəvanda olduğunu müəyyən etmək olardı. İkinci yerdə isə Düşənbə gəlirdi. Bunun da səbəbi var - Ermənistanda və Tacikistanda demək olar ki, kişi yox idi, əksəriyyəti Rusiyada idi. Buna görə qadınlar bir-birləri ilə münasibət qurmaqda idilər. 

Bu vəziyyət indi də davam edir. Amma "Odnoklassniki"də aparılan araşdırmalar həmin qadınların heç də cəmiyyət tərəfindən kənarlaşdırılmadığını, əksəriyyətinin ailə qurduğunu ortaya çıxarır. Lakin ərləri bu qadınları təmin edə bilmədiyindən onlar özləri üçün svinger cütlüklər axtarırlar. Svinger ailələr bir neçə rəsmi nikahlı cüğlüyün birgə yaşaması nəticəsində yaranır. Erməni svinger ailələri əsasən qadınların biseksual münasibətləri əsasında qurulur. Bu zaman ərlər qadınlarının lesbian münasibətlərinə göz yumurlar. Yəni erməniləri Britaniya səfirliyinə etirazda haqlıdırlar, çünki kişilər qadınlarının homoseksual münasibətlərinə göz yumurlar.

Qadınların kişilərə soyuq münasibəti kişilər arasında da homoseksualların artmasına səbəb olub. Bu, xüsusilə Ermənistan ordusunda geniş yayılıb. Bir neçə il qabaq aparılmış araşdırmalara görə, Ermənistan ordusunda homoseksualların payı 20 faizdən yüksəkdir. Bu məsələdə homoseksual komandirlərin xüsusi rolu var. Bu komandirlər yeni çağırışçıları gözdən keçirərək təsir altına salıb, öz tərəfdaşlarına çevrirlər. Bəzən bu komandirlər zabitlərə də girişirlər. İki-üç il qabaq Ermənistanın Vardenis rayonunun Zod kəndində yerləşən hərbi hissənin komandiri ezamiyyətə gəlmiş gənc leytenantı zorlamışdı. Bu məsələ ilə bağlı keçirilən məhkəmə işi bir xeyli erməni KİV-lərinin gündəmində idi.               

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.