Dünya

Yarıçılpaq vəziyyətdə özünü 8-ci mərtəbədən atan qadını əri tuta bilmədi - VİDEO - FOTO (+18)

22 May 2017 13:17
8 Şərh     Baxış: 18 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Beylikdüzü qəsəbəsində yarıçılpaq şəkildə 8-ci mərtəbənin pəncərəsindən atılaraq intihara cəhd edən qadını əri tutaraq yuxarıya çəkməyə çalışıb. Ancaq qadın on metrlərlə yüksəklikdən düşərək yerə çırpılıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saat 5 radələrində baş verib. İddiaya görə, 38 yaşlı Ayşegül Güngör hələ bilinməyən bir səbəblə özünü yaşadığı binanın 8-ci mərtəbəsindən ataraq intihar etmək istəyib. O, məqamda qadının əri Ayhan Güngör həyat yoldaşını pəncərədə tutaraq yuxarıya çəkməyə çalışıb. Əri Ayşegül Güngörü daha çox saxlaya bilməyincə qadın on metrlərlə yüksəklikdən düşərək yerə çırpılıb.

Ağır yaralanan qadın edilən ilk müdaxilənin ardından təcili yardımla özəl bir xəstəxanaya çatdırılıb. Ağır yaralanan qadının müalicəsi davam edir.

Polis hadisəylə əlaqədar araşdırma başlatdı.

Həmin dəhşətli anlar bir vətəndaşın mobil telefonu ilə anbaan görüntülənib:

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yarıçılpaq vəziyyətdə özünü 8-ci mərtəbədən atan qadını əri tuta bilmədi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.