Dünya

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb - FOTO

21 May 2017 20:51
0 Şərh     Baxış: 2 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gündür Gürcüstanda yağan aramsız leysan yağışları ölkədə ciddi problemlər yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mayın 21-də ölkənin qərb bölgəsində torpaq sürüşməsi fəallaşıb və artıq bir neçə dağ kəndi ilə əlaqə kəsilib.

Borjomidə də acınacaqlı vəziyyət yaranıb. Hazırda Gürcüstanın struktur bölmələri və xilasedicilər təhlükəli ərazilərdən insanları təxliyə edirlər.

İmereti bölgəsindən axan Rioni çayı yatağından çıxıb, sel suları yol infrastrukturunu dağıdıb, kənd təsərrüfatı sahələri, evlər su altında qalıb.

Leysan yağışları Kaxeti, Kvemo Kartli-Borçalı, Şida Kartli, Sameqrelo bölgələrinə də ciddi ziyan vurub. Bu bölgələrdə evləri və əkin sahələrini su basıb.

Eyni zamanda, güclü yağışlar nəticəsində Kür çayının səviyyəsi xeyli qalxıb. Bəzi ərazilərdə çay öz yatağından çıxıb, yollar dağılıb, ictimai-iaşə obyektlərini sel aparıb.

Sinoptiklər yağışların mayın 24-dək davam edəcəyini bildirirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.