Dünya

Türklər erməni mahnısını türk dilinə ifa etdilər - VİDEO

19 May 2017 18:14
7 Şərh     Baxış: 1 567

Türklər erməni müğənni Super Sakonun məşhur mahnısı "Mi gna"nı öz dillərinə tərcümə edərək ifa ediblər.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Türkiyədə qalmaqallı mahnıya hətta klip də çəkilib. Mahnı "Bitdi bu sevda" adlanır.

Qeyd edək ki, bu mahnının qardaş ölkədə bu qədər sevilməsi həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır.

Demək olar ki, qardaş ölkədə gənclərin əksəriyyəti bu mahnını ifa edərək bəstənin sədaları altında rəqs edib, "İnstagram"da səhifələrində paylaşıblar. Bir müddət əvvəl isə Türkiyənin məşhur dəb verilişi - "İşte benim stilim"də iştirakçılar bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.

Məlumat üçün bildirək ki, məşhur türkiyəli müğənni Özcan Dəniz "İstanbullu gəlin" serialının kulisində bu mahnını ifa edərək video paylaşmışdı. Müğənninin bu hərəkəti ölkəmizdə kəskin etirazla qarşılanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

7 Şərh:

  • Anonim
    dila · 19 May 18:2591

    bir bu qamisdi

    Cavab yaz
  • Anonim
    Guler · 19 May 19:23415

    Guya ne mahnidiye bu bunuda çixardiblar goylere

    Cavab yaz
  • Anonim
    Guler · 19 May 19:24217

    Reklami yaxwidi sadece

    Cavab yaz
    • Anonim
      dantist · 19 May 19:50619

      bu mahnini oxuyan ele bu mahni seviyede olan bir adamdida. bir oxuyan bax bir bularin vidderine fasonlarina baxin. gunah bularda deyile bulari reklam edenlerdedi. bizim neyimize lazimdi axi bular. kime lazimdi axi bele xeberler. cehenneme oxusunlar cere oxusunlar.

      Cavab yaz
  • Anonim
    Anonim · 19 May 19:47414

    Aylardi eyni movzunu muzakire edirsiniz. Yaxsi deyibler asigin sozu qurtaran da yarem-yarem deyir. Sizin de sozunuzun qurtardigi ele bu etdiyiniz movzudan bellidir. Yaxsisi budur bu movzunu cox muzakire edmeyin goren de ele bilecek elzanin telebesinizsiniz . Bir zehmet serhimi verin.

    Cavab yaz
    • Anonim
      dantist · 19 May 19:5101

      moderator sherhi ver

      Cavab yaz
  • Anonim
    Sabina · 19 May 21:1430

    hec turk dilindede qulaq asmaq istemirem.guya ne mahnidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.