Dünya

Boşanmaq üzrə olduğu arvadını evdə başqa kişi ilə tutdu - VİDEO - FOTO

19 May 2017 14:44
3 Şərh     Baxış: 5 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kocaeli valiliyinin Darı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, Uğur K. (32) adlı şəxs boşanma iddiası açdığı yoldaşının evinə gedib. Lakin evdə bir yük şirkətində çalışdığı öyrənilən Bilal O. (27) ilə qarşılaşıb. Kişilər arasında yaranmış mübahisə bir anda şiddətlənərək əlbəyaxa döyüşə çevrilib və Uğur K. Bilal O.-ya pnevmatik tüfənglə atəş açıb. Küçəyə çıxıb qaçmağa çalışan Bilal O. aldığı güllə yarasının təsirindən yerə yıxılıb. Ətrafda olan vətəndaşlar vurulan Bilal O.-nu qan içində yerdə görüncə vəziyyəti dərhal polisə və sağlamlıq qruplarına xəbər veriblər.

Dərhal hadisə yerinə gələn polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görüblər. Vurularaq ağır yaralanan şəxsə müdaxilə etmək istəyən səhiyyə işçiləri Bilal O.-nun dünyasın dəyişdiyini müəyyən ediblər. 

Hadisə sonrası qaçmağa çalışan Uğur K. polis tərəfindən saxlanılıb.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Boşanmaq üzrə olduğu arvadını evdə başqa kişi ilə tutdu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.