Dünya

Braziliya futbolçuları təyyarədə yenə təhlükə ilə üz-üzə

19 May 2017 13:38
0 Şərh     Baxış: 560

Braziliyanın "Şapekoense" futbol klubunun üzvlərinin olduğu təyyarə Argentinadan qayıdarkən məcburi eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komanda Libertadores Kubokunda Argentinanın "Lanus" klubu ilə matçdan (2:1) sonra Braziliyaya qayıdıb. Lakin təyyarə Şapeko şəhər aeroportuna eniş edə bilməyib. Səbəb kimi yerli hava limanındakı problem göstərilib. Buna görə hava gəmisi Braziliyanın Portu-Aleqri aeroportuna eniş etməyə məcbur olub.

Futbolçular avtobusla evlərinə dönüblər.

Xatırladaq ki, ötən ilin noyabrında göyərtəsində "Şapekoense" futbolçularının olduğu təyyarə Kolumbiyada qəzaya uğramışdı. Qəza nəticəsində komandanın 19 oyunçusu və məşqçiləri həlak olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.