Dünya

İranlı idmançılar Bakıda səs verdirlər - FOTO

19 May 2017 13:48
0 Şərh     Baxış: 2 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yaşayan və hazırda ölkəmizdə olan İran vətəndaşları İran prezidenti seçkilərində fəal səs verirlər.

Milli.Az xəbər verir ki, bunu Trend-ə İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə deyib.

Səfirin sözlərinə görə, seçkilərin nəticəsindən asılı olmayaraq, bu, Azərbaycan-İran münasibətlərinə müsbət təsir edəcək.

İran vətəndaşları ilə yanaşı, hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 300 nəfərə yaxın iranlı idmançı da səsvermədə iştirak edir.

İran prezidentliyinə hazırkı dövlət başçısı Həsən Ruhani, Mustafa Ağa Mirsalim, İbrahim RəisiMustafa Haşimi Taba namizədliyini irəli sürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.