Dünya

Nyu-Yorkda sürücü avtomobili insanların üzərinə sürdü: 1 ölü, 23 yaralı - YENİLƏNİB - FOTO

19 May 2017 07:48
1 Şərh     Baxış: 3 321

19.05.2017

07:48

Nyu-Yorkda Tayms-skverdə avtomobilin piyadaları vurması nəticəsində 1 qadın ölüb və 23 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Nyu-York meri Bill de Blazio mətbuat konfransında bildirib.

Merin sözlərinə görə, avtomoblin sürücüsü ABŞ vətəndaşı, ABŞ HDQ-nin sabiq hərbçisi olub və o, artıq saxlanılıb.

-----------------

18.05.2017

21:39

Nyu-Yorkun mərkəzi meydanı - Tayms-skverdə avtomobilin böyük sürətlə piyadaların üstünə sürülməsi nəticəsində azı 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nyu-York polisi yalnız onu təsdiqləyib ki, hadisə ilə əlaqədar 13 piyadaya tibbi xidmət göstərilib. Bununla yanaşı, şəhərin yanğın xidməti 1 nəfərin həlak olduğunu, daha 12 nəfərin zərər çəkdiyini bildirib.

Şahidlərin sözlərinə görə, sürücü meydanda müəyyənləşdirilən sürət həddini aşaraq avtomobili hərəkətin əksinə sürüb və düşünülmüş şəkildə səkiyə çıxarıb.

Fox News telekanalı xəbər verir ki, sağ qalan sürücü həbs olunub. Onun hərəkətinin motivləri hələlik müəyyənləşməyib. Polisin gəldiyi ilkin qənaətə görə, hadisə terrorla əlaqəli deyil.

-----------

20:55

ABŞ-da avtomobilin yoldan çıxaraq səkiyə çırpılması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.   

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nyu-York şəhərindəki "Times meydanı"nda qeydə alınıb.
Şahidlər sürücünün avtomobili qəsdən adamların üzərinə sürdüyünü və hadisədən sonra polisin bir nəfəri həbs etdiyini bildiriblər.  

Hadisənin yol qəzası, yoxsa terror aktı olması ilə bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ilham · 18 May 22:0400

    Abs da,bele manyaklar cox olur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.