Dünya

Anası illərlə yolunu gözlədi: "gəldi", başını kəsdi - FOTO

18 May 2017 15:22
13 Şərh     Baxış: 24 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Samsun şəhərində bir şəxs anasını amansızlıqla qətlə yetirib.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, hadisə Samsunun Terme mahalının Çay Məhəlləsində, axşam saat 10 radələrində baş verib. Əldə edilən məlumata görə, subay olduğu öyrənilən və anası ilə birlikdə yaşayan Həsən Əli K. (38) evlərinin mətbəx hissəsindəki kresloda 79 yaşlı anası Seher K.-nın boğazını çörək bıçağı ilə kəsərək öldürüb.


 
Terme mahalı Təhlükəsizlik İdarəsinə gedən Həsən Əli Kumbasar "Anamın başını kəsərək öldürdüm" deyərək polisə təslim olub. Evə gedən polislər yaşlı qadını divanın üzərində boğazı tamamilə kəsilmiş halda tapıblar.

Qohumları bir qızı bir oğlu olan qadının uzun illər uşağının olmadığını, ilk uşağı Həsən Əli K. üçün qurban kəsdiyini deyiblər.
 
Hadisə ilə əlaqədar istintaq davam edir.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.