Dünya

Ermənistanda 70 yaşlı həkim parlament sədri seçildi - YENİLƏNİB

18 May 2017 14:06
0 Şərh     Baxış: 1 478

14:06 

Ermənistan parlamentinin yeni sədri respublikaçı, ixtisasca həkim olan Ara Babloyan olacaq.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, qərar hakim Respublika partiyasının Ali orqanının iclası zamanı qəbul edilib. Eyni zamanda "Respublika" partiyasından parlamentin vitse-spikerliyinə iki namizəd irəli sürlüb. Onlar Eduard Şarmazanov və Arpine Hovhannisyandır. Həmçinin parlamentin vitse-spikeri vəzifəsinə müxalif "Çiçəklənən Ermənistan" partiyası da namizədini irəli sürəcək. Artıq, müxalif partiya bu vəzifəyə dünən Mikayel Melkomyanın namizədliyini irəli sürmək qərarına gəlib.

Parlamentin sədri vəzifəsinə isə Bablonyanın irəli sürülməsi həqiqətən gözlənilməz olub. Çünki, onun adı namizədlər sırasında olmayıb. Bundan başqa 1991-1997-ci illərdə səhiyyə naziri olmasına baxmayaraq, Babloyan siyasi fiqur hesab edilmir. 

Babloyanın siyasi fiqur olmaması onun namizədliyinə qəribəliklər gətirir. Bununla yanaşı onun 70 yaşla hazırkı sədr Qalust Sahakyandan bir yaş boyük olduğu da diqqətdən yayınmır. Bu o deməkdir ki, erməni parlament tərkibində heç bir cavanlaşdırma siyasəti tətbiq edilmir. 

Parlamentin yeni rəhbərliyi müvəqqəti xarakter daşıyır və əsas heyət 2018-ci ilin aprel ayında formalaşacaq. Belə ki, Serj Sarkisyanın hakimiyyət səlahiyyətləri başa çatdıqdan sonra onun baş nazir kimi yenidən öz komandasını formalaşdırması gözlənilir. Ən böyük gözlənti baş nazir vəzifəsinə Karen Karapetyanın yenidən təyin ediləcəyidir.

----------

10:32

Ermənistan prezidenti Serj Sarkisyan yeni parlamentin sədri vəzifəsinə Ara Baloyanın namizədliyini irəli sürüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasının sözçüsü Eduarda Şarmazanov bildirib.
Bununla bağlı qərar partiyanın iclasından sonra bu elan olunub. Parlament sədirinin müavinləri vəzifəsinə isə Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyanın namizdəliyi irəli sürülüb.

Qeyd edək ki, Ara Babloyan 1947-ci il mayın 7-də Yerevanda doğulub. İxtisasca uroloq-cərrahdır. Əvvəlki parlamentin səhiyyə, doğuş və uşaqlarla bağlı komissiyasının sədri olub.
Xatırladaq ki, bu gün Ermənistanın yeni parlamentinin ilk iclası olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.