Dünya

Təxribat törətmək istəyən erməni hərbçi məhv edildi

17 May 2017 19:50
1 Şərh     Baxış: 2 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər cəbhədə təxribatlara əl atan Ermənistan ordusu itki verib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, mayın 17-də saat 10:30 radələrində Ermənistanın Müdafiə Nazirliyində məxsus "N" saylı hərbi hissənin döyüş mövqeyində xidmət aparan hərbçi qulluqçusu Qrişa Vardan Karapetyan aldığı güllə yarasından ölüb.

Faktı Ermənistanın İstintaq Komitəsi təsdiqləyib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində mövqelərimizi və müdafiəmizin dərinliyində yaşayış məntəqələrimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Düşmən tərəfindən tətbiq edilən döyüş pilotsuz uçuş aparatlarının keyfiyyəti aşağı olduğundan onların istifadəsi nəticəsində heç bir zərər dəyməyib.

Dərhal görülmüş cavab tədbirləri nəticəsində düşmən susdurulub, Silahlı Qüvvələrimizin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.