Dünya

"10 gündən bir uşaq zorlayırdım" deyən manyak tutuldu - FOTO

17 May 2017 14:21
4 Şərh     Baxış: 5 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə yeni doğulan körpələrlə bağlı iyrənc fantaziyalarını bölüşən yeniyetmə ötən gün məhkəməyə çıxarılıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, 19 yaşlı Alan Qrey yeni doğulan körpələri qaçırmaq, zorlamaq və öldürməklə bağlı düşüncələrini dostu ilə paylaşıb.

Dünən baş tutan məhkəmədə psixoloq bildirib ki, onun bəraət qazanması mümkün deyil, çünki Alanın ciddi psixoloji problemləri var.

The Daily Record-un verdiyi məlumata görə o, həbs olunmaq üçün Ali Məhkəməyə göndərilib.

Şotlandiyanın Grinok şəhərindən olan Qrey şəxsi noutbukunda uşaqlara verilən işgəncə və təcavüzlərin olduğu videoları xüsusi qovluqlarda saxlayıb.

Qrey dostuna körpələrlə bağlı qorxunc mesajlar göndərib və onunla bu mövzuda müzakirə edib.

Mesajların birində yazılıb: "10 gündən bir uşaq zorlayırdım. Ha-ha-ha".

13 yaşından bəri uşaq pornoqrafiyası ilə maraqlanan Qrey başqa bir mesajında yazıb: "25 yeni doğulan körpə öldürdüm. Onlar bu dünyaya işgəncə üçün gəliblər".

Məhkəmədən verilən məlumata görə, onda 19,884 ədəd uşaq işgəncəsi və təcavüzü ilə bağlı görüntülər var ki, onlardan 3764-ü videodur.

Videodakı uşaqların yaşı 12-dən azdır. 

O, ötən ilin iyun ayından etibarən polisin nəzarəti altındadır.

Günahını etiraf edən Qrey həbs olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.