Dünya

Metro tikintisi zamanı tunel aşkar edildi - Böyük bir cinayətin qarşısı alındı - VİDEO - FOTO

17 May 2017 11:46
0 Şərh     Baxış: 9 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Bostancı məhəlləsində metro tikintisi işləri zamanı bir zərgər dükanının olduğu binaya doğru açılmış, təxminən 7 metr uzunluğunda tunel ortaya çıxıb.

Polis zərgərlik dükanını qarət etmək üçün qazılan tunelin kimlər tərəfindən hazırlandığını araşdırır.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Dudullu-Bostancı metro xəttinin çəkildiyi Ali Nihat Tarlan prospektində işçilər elektrik xətləri üçün qazıntı apardıqları zaman bir tunellə qarşılaşıblar. İşçilər baxış zamanı tunelin ərazidəki bir zərgərlik mağazasına doğru istiqamətləndiyini müəyyən ediblər.

İşçilər vəziyyətlə bağlı polislərə və zərgərə məlumat veriblər. Aparılan araşdırmalar təxminən 7 metr irəliyə uzanan tunelin prospektdə olan bir zərgərlik dükanına getdiyini təsbit edib. Zərgərlik dükanına çatmağa 2 metr qaldığı təyin olunan tunelin digər ucunun da yolun qarşı tərəfinə getdiyi ortaya çıxıb. Tuneli qazanların kimliyini müəyyən etmək üçün araşdırmaya başlayan polislər ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Metro tikintisi zamanı tunel tapıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.