Dünya

Təyyarə yaşayış evlərinin üzərinə düşdü - YENİLƏNİB - VİDEO

16 May 2017 10:00
0 Şərh     Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:00

 ABŞ-ın Nyu-Cersi ştatının Teterboro hava limanı yaxınlığında eniş zamanı kiçik təyyarə qəzaya uğrayıb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilir ki, Filadelfiyadan gələn "Learjet 35" tipli təyyarə (8 nəfərə qədər sərnişin tutumlu) enmə zolağının 400 metrliyində yaşayış evlərinin olduğu əraziyə düşüb. Nəticədə bir neçə ev yanıb.

Təyyarənin göyərtəsində neçə nəfərin olduğu dəqiqləşdirilir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

-----------

09:29

ABŞ-da kiçik biznes sərnişin təyyarəsi Nyu-Cersi ştatında Titerboro şəhərinin hava limanının yaxınlığında yaşayış rayonunda qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan iki nəfər həlak olub.

Qəza nəticəsində bir neçə bina və maşın yanıb. 

Məlumata görə, təyyarə uçuş-enmə zolağından 400 metr aralıda düşüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təyyarə qəzaya uğradı: ölənlər var - ABŞ-da

Təyyarə qəzaya uğradı: ölənlər var - ABŞ-da - 1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.