Dünya

"Eurovision"da şalvarını soyunan jurnalist: "Bunu Camalanın yaxşılığı üçün etdim"

16 May 2017 09:32
2 Şərh     Baxış: 3 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision 2017" mahnı müsabiqəsində ötənilki Ukrayna qalibi Camalanın çıxışı zamanı şalvarını soyunaraq arxasını göstərən jurnalist Vitali Sedyuk ifadə verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ukraynalı jurnalist bu hərəkəti ilə Camalaya yaxşılıq etmək istədiyini bildirib.

O, məqsədinin yarışmada təhlükəsiz xidmətinin zəifliyini ortaya qoymaq olduğunu iddia edərək söyləyib:

"Birdən mənim yerimə səhnəyə əlində bıçaqla başqa biri çıxsaydı, o zaman nə olardı? Mən təhlükəsizliyin zəif olduğunu göstərmiş oldum".

Qeyd edək ki, "Eurovision 2017"nin final günü Camala səhnədə mahnı ifa edərkən V.Sedyuk Avstraliya bayrağı ilə səhnəyə çıxıb və şalvarını aşağı çəkərək arxasını göstərib.

Ukraynanın Daxili İşlər naziri Arsen Avakonun verdiyi məlumata əsasən, Vitali Sedyuk dərhal saxlanılıb. İlkin olaraq 72 saat müddətinə həbs olunan jurnalisti xuliqanlıq maddəsi ilə cərimədən 5 il müddətinə azadlıqdan məhrum olunma gözləyir.

Xatırladaq ki, Sedyuk qəribə hərəkətləri ilə tanınır. Bundan əvvəl o, canlı efirdə Uill Smiti öpmək, Madonnaya gül verməyə çalışıb, 2013-cü ildə "Grammy" mükafatını Adelin əvəzinə almaq üçün onun imicində səhnəyə çıxıb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.