Dünya

Ruhaninin əsas rəqiblərindən biri namizədliyini geri götürdü

15 May 2017 18:45
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən olan İslam İnqilabı Qüvvələri Cəbhəsindən prezidentliyə namizəd, Tehran şəhərinin meri Məhəmməd Baqir Qalibaf mühafizəkar cəbhədən olan digər namizəd İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürüb. 
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, M. B. Qalibaf bəyanat yayaraq bildirib ki, bütün potensialını və gücünü İbrahim Rəisinin qələbə qazanması üçün istifadə edəcək. 
 
Cümə günü keçiriləcək seçkidə Həsən Ruhani və İbrahim Rəisi prezidentlik uğrunda mübarizə aparacaqlar. Bəzi siyasi ekspertlər seçkilərin ikinci tura qalacağı ehtimalını irəli sürüblər. 
 
İranın Seçkilər Təşkilatının açıqlamasına əsasən ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Səsvermə 62 min məntəqədə keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.