Dünya

Fransanın yeni baş naziri məlum oldu

15 May 2017 17:07
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa prezidenti Emmanгel Makron ölkənin yeni baş nazirinin adını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, mayın 14-dən  vəzifəsinin icrasına başlamış E. Makron baş nazir vəzifəsinə Eduard Filipi təyin edib. Prezidentin bu qərarını Yelisey sarayının baş katibi Aleksi Koler açıqlayıb.
 
Respublikaçılar Partiyasının üzvü olmuş Eduard Filip, eyni zamanda Fransa parlamentinin üzvü və Qavr şəhərinin meri vəzifəsində çalışıb. O, Respublikaçılar Partiyası daxilində keçirilmiş ilkin seçkilərdə Alen Jüpenin namizədliyini dəstəkləyib. Fransua Fiyon ilkin seçkidə qalib gəldikdən sonra Eduard Filip onun prezidentliyə namizədliyini dəstəkləməyərək, seçki kampaniyasını tərk edib və iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb. E. Filip E. Makronun yaratdığı "İrəli" hərəkatına simpatiyasını gizlətmirdi.
 
E. Filip 46 yaşındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.