Dünya

ABŞ-da vergi limanları problemə çevirilib

14 May 2017 11:24
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatlarında hazırda qüvvədə olan vergi qanunvericiliyinə əsasən, hər hansı xarici dövlətdə əldə edilmiş gəlir ölkəyə gətirilənə qədər vergiyə cəlb olunmur. Bu isə bəzi şirkətləri öz gəlirlərini ABŞ sərhədlərindən kənarda fəaliyyət göstərən vergi limanlarında yerləşdirməyə təhrik edir.

Milli.Az vergiler.az saytına istinadla bildirir ki, ekspertlərin hesablamalarına görə, offşorlarda saxlanılan və vergidən yayındırılan pulların məbləği milyardlarla dollar təşkil edir. Buna görə də ABŞ şirkətlərinin pullarının ölkəyə gətirilməsi üçün mövcud vergi sistemi yenidən nəzərdən keçirilməli, elə bir qanunvericilik bazası yaradılmalıdır ki, həmin sistem şirkətləri gizlətdikləri vergini dövlət büdcəsinə ödəməyə vadar etsin.

Qeyd olunub ki, bəzi şirkətlər ABŞ-dan kənarda mənzil qərargahlarını yaradır və ya öz patentlərini, yaxud müəlliflik hüquqlarını vergi dərəcələrinin aşağı olduğu ölkələrə köçürürlər. Bu isə dövləti yalnız gəlirlərdən məhrum etmir, həm də öz gəlirlərini vergi limanlarına keçirməyən vicdanlı ABŞ şirkətlərinin vergi yükünün artmasına səbəb olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.