Dünya

Gürcüstanın sabiq baş prokuroru xidmət rəhbərini döydü

13 May 2017 18:59
0 Şərh     Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Dövlət Audit Xidmətinin rəhbəri Laşa Tordiya hücuma məruz qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qurumun rəhbəri bildirib ki, hadisə mayın 12-də paytaxt Tbilisidə fəaliyyət göstərən "El Centro" gecə klubunda baş verib.

Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən L.Tordiya bəyan edib ki, ona hücum çəkən sabiq baş prokuror Otar Partsxaladzedir.
 
Hazırda Gürcüstanın baş auditoru həkim nəzarəti altında saxlanılır.
 
Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başlanıb.
 
Qeyd edək ki, O.Partsxaladze 2013-cü ilin noyabrında baş prokuror vəzifəsinə təyin edilsə də, həmin ilin dekabr ayında istefaya göndərilib. Buna səbəb onun 2001-ci ildə Almaniyada oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.