Dünya

"Eurovision - 2017"nin iştirakçısı həbs oluna bilər - VİDEO

13 May 2017 17:36
0 Şərh     Baxış: 1 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision - 2017"nin İslandiya təmsilçisi Svala Berqvinsdouttir öz ölkəsində həbs oluna bilər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb müğənninin müsabiqənin açılışı zamanı öz ölkəsinin bayrağı ilə düzgün rəftar etməməsidir.

İslandiya qanunlarına görə isə ölkə rəmzlərinə xələl gətirmək həbslə nəticələnir.

Xüsusən, bayrağa aid bölmədə deyilir ki, onun üzərində şəkil çəkmək və ya yazı yazmaq qətiyyən olmaz. Bundan başqa, bayraq yalnız bayraq dirəyinin köməyilə havada qala bilər.

Müğənnin iki qanun pozuntusuna yol verməsi ölkə əhalisinin narazılığına səbəb olub. İfaçı ölkəsinə qayıtdıqdan sonra bir il müddətinə azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, S.Berqvinsdouttir bir vaxtlar "Eurovision"da iştirak etmiş məşhur sənətçi Borqvina Xoldotsonun qızıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Eurovision - 2017"-nin iştirakçısı həbs oluna bilər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.