Dünya

Yəməndə vəbadan 1146 nəfər ölüb

20 İyun 2017 08:38
1 Şərh     Baxış: 269

Aprel ayının sonundan Yəməndə vəba epidemiyasından 1146 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi "Twitter" hesabında yazılıb.

Məlumatda deyilir ki: "2017-ci il 27 aprel tarixindən Yəməndə 166 976 nəfərdə vəba epidemiyası qeydə alınıb və 1146 nəfər bu epidemiyadan dünyasını dəyişib".

Yəməndə vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında ölkənin səhiyyə orqanları tərəfindən elan olunub. ÜST-ün məlumatına əsasən, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon insan yaşayır.

MƏQALƏDƏ:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 20 İyun 08:4100

    İyirmi birinci əsrdə VƏBA cox qorxunc bir epidemiya həkimlər görəsən bu virusun məhvini icad etmiyiblər ki?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.