Dünya

Dünyanı lərzəyə gətirən FOTO - Göyərtəsində 300 sərnişin olan təyyarənin pilotu yatdı

9 May 2017 12:53
6 Şərh     Baxış: 6 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londona gedən təyyarənin pilotu üstünə yorğan çəkərək yuxulayıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, sərnişinlərin çəkdiyi foto dünyada səs-küyə səbəb olub.

Pakistanın paytaxtı İslamabaddan İngiltərənin paytaxtı Londona uçan həmin təyyarədə 300 sərnişin olub.

Kapitan pilot Əmir Ahtar Haşmi təyyarə havaya qalxdıqdan qısa bir müddət sonra təyyarəni stajor pilota verərək kabinədən çıxıb. Bizness-klass hissədə üzərinə bir ədyal atan kapitan pilot təxminən iki saat yarım yatıb.

Yerli media hadisənin ortaya çıxmasıyla Pakistan Hava yolları Pilotlar Birliyinin PIA şirkətinin uçuşlarını təxirə saldığını bildirir. Bundan əlavə, 300 sərnişinin həyatını riskə atan pilot haqqında istintaq başladılıb.

Qeyd edək ki, Air France-a aid sərnişin təyyarəsi səkkiz il əvvəl Braziliyanın paytaxtı Rio-de-Janeyrodan Parisə uçarkən Atlantik okeanına düşmüşdü. 12 min metr hündürlükdə təyyarənin boşluğa düşdüyü həmin an kapitan pilot Mark Dubois və köməkçisi yuxuda olublarmış. 

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.