Dünya

Makron Fransada prezident seçkilərində qələbə qazanıb - YENİLƏNİB - FOTO

8 May 2017 07:31
3 Şərh     Baxış: 4 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

08.05.2017

07:31

"İrəli" hərəkatının banisi Emmanuel Makron prezident seçkilərinin ikinci turunda 65,82% nəticə ilə qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyinin son məlumatlarında bildirilir.

35 milyon bülletenin (98,26%) hesablanmasının yekunlarına görə Makron 20,4 milyon səs qazanıb.

"Milli cəbhə" partiyasının lideri Marin Le Pen 10,6 milyon səslə seçicilərin 34,18% səsini qazanıb.

----------------

07.05.2017

22:55

"İrəli" hərəkatının lideri Emmanuel Makron Fransa prezidenti seçkilərinin ikinci turunda 65,9% səslə qələbə qazanır.

Trend-in BFM TV telekanalına istinadən verdiyi məlumata görə, bu haqda Elabe tədqiqat institutu xəbər verir.

Telekanalın məlumatına görə, "Milli cəbhə" partiyasının lideri Marin Le Pen 34,1% səs yığıb.

---------

22:11

Mayın 7-də Fransada prezident seçkilərinin həlledici - ikinci turunda "İrəli" hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,1 faizini əldə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Milli cəbhə" partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,9 faizinin səsini qazanıb.

Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.