Dünya

Məntəqələr açıldı - Fransada yeni prezident seçilir

7 May 2017 11:15
1 Şərh     Baxış: 8 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada prezident seçkilərinin ikinci turunda səsvermə üçün yerli vaxtla 08:00-də (10:00 GMT+4) seçki məntəqələri açılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, ikinci turda prezidentlik uğrunda mübarizədə Fransanın sabiq iqtisadiyyat naziri, "İrəli" hərəkatının lideri Emanuel Makron və "Milli cəbhə" partiyasının namizədi Marin Le Pen iştirak edirlər.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ilk turu aprel ayının 23-ü leçirilib. Seçkilərdə Emanuel Makron 24,01 faiz səs toplayıb, Marin Le Pen isə 21,3 faiz.

Fransa sakinləri 66 min 546 seçki məntəqəsində səs verə biləcək. Seçki günü təhlükəsizliyin təmin olunmasına hüquq-mühafizə orqanlarının təxminən 50 min əməkdaşı cəlb olunacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.