Dünya

Təcili yardım maşınlarını oğurladılar: İŞİD yeni terror planı ilə HEYRƏTLƏNDİRDİ - FOTO

3 May 2017 16:11
0 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD-in oğurladığı təcili yardım maşınlarından "intihar qayıqları" hazırladığı üzə çıxıb.

İraqın ən böyük ikinci şəhəri olan Mosulda terror reallaşdıracaq İŞİD-çilər üçün bombalı gəmilər hazırlayan bir fabrik aşkar edilib.

Milli.Az Milliyet-ə istinadən xəbər veirr ki, İŞİD-in bu "ölüm qayıqları"nı keçən ayın əvvəllərində Mosulun qərbinin yarısını azad etməyi bacaran İraq qüvvələrini və dinc sakinləri məhv etmək üçün hazırladığı məlum olub.

Sözügedən fabrikdə oğurlanmış təcili yardım maşınları qayığa çevrilir. Qayıqlara yüklənən bombalarla çaylardan "hücumlar" planlaşdırılır.

Qayıqların hazırlanmasında təcili yardım maşınlarında mövcud olan su keçirməyən detallardan istifadə edilir.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.