Dünya

"İqtisadiyyatımızı yalnız fahişəxanalar xilas edə bilər" - Sensasion təklif

3 May 2017 09:13
11 Şərh     Baxış: 5 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna parlamentinin deputatı Mixail Qavrilyuk ölkə iqtisadiyyatını böhrandan çıxartmaq üçün sensasion təklif irəli sürüb.

Milli.Az mynews.az-a istinadən xəbər verir ki, deputat Ukrayna iqtisadiyyatını böhrandan çıxarmaq və dövlət büdcəsini doldurmaq üçün ölkədə fahişəxanaların sayının artırılmasını təklif edib:

"Hazırda Ukrayna iqtisadiyyatı çox pis vəziyyətdədir, xaos hökm sürür, dövlət büdcəsində olan vəsait tükənmək üzrədir. Bizim yeganə çıxış yolumuz fahişəxanaların leqallaşdırılması və onların sayının artırılmasıdır. Bununla, biz Ukrayna büdcəsini doldura bilərik".

Ukraynanın eks baş naziri Arseniy Yatsenyukun sədrlik etdiyi Xalq Cəbhəsi partiyasından deputat olan Mixail Qavrilyuk qeyd edib ki, ölkədə mövcud olan fahişəxanalardan toplanan vəsaitin çox hissəsi dövlət büdcəsindən oğurlanır: "Ukraynada fahişəliklə məşğul olanları təkcə polislər deyil, prokurorlar da himayə edirlər. Prokurorlar fahişəxanalardan milyonlarla vəsaiti oğurlayıb şəxsi ciblərinə qoyurlar. Bu korrupsiya zəncirini birdəfəlik qırmaq lazımdır. Elə etmək lazımdır ki, bu vəsaitlər Ukraynanın dövlət büdcəsinə daxil olsun. Əgər bu qanunu qəbul etsək, bundan ən çox Ukraynanın dövlət büdcəsi qazanacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.