Dünya

Təyyarənin mühərriki tüstülədi - Sərnişinlər təxliyə edildi

1 May 2017 18:41
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Münhen şəhərinin hava limanında "Lufthansa" aviaşirkətinə məxsus təyyarənin onlarla sərnişini təxliyə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna təyyarənin mühərrikinin tüstülənməsi səbəb olub.

Aviaşirkət məlumatı təsdiqləyib. Məlumatda qeyd olunur ki, Münhendən Paderborn şəhərinə reys həyata keçirməli olan təyyarədə tüstülənmə uçuşdan bir qədər əvvəl başlayıb. Sərnişinlər dərhal təyyarədən endirilib.

Təyyarədəki nasazlığın səbəbi məlum deyil. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.