Dünya

Türkiyədə Vikipediyaya giriş bağlandı - YENİLƏNİB

29 Aprel 2017 13:36
1 Şərh     Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:36

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Wikipedia"nın bağlanmasının səbəbləri məlum olub.

Bildirilir ki, "Wikipedia" ilə bir müddət idi Türkiyənin aidiyyəti qurumları yazışma aparırdılar. İddiaya görə, terrora dəstək verən yazılar, Türkiyəni terrorla eyni müstəvidə və terrorçularla işbirliyində göstərməyə çalışan davranış səbəbiylə sayta xəbərdarlıqlar edildiyi halda "Wikipedia" cavab verməyib. Bu cür qeydləri silmək əvəzinə, əksinə saytda saxlayıb. 

----------

10:57

Dünyanın ən böyük internet ensiklopediyası "Wikipedia"ya Türkiyədən daxil olmaq əngəllənib.

Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Vikipediyaya girişin bağlanmasıyla bağlı hələ heç bir açılama vermir. Bu olay isə qardaş ölkənin sosial şəbəkə istifadəçilərinin ciddi müzakirəsinə səbəb olub.

Dünyanın ən böyük internet ensiklopediyasına girişin Türkiyədə bağlanması hər kəsin beynində müxtəlif sual işarələri yaradıb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.