Dünya

Bacısının adından istifadə edərək görüşə çağırdığı tələbə qızı zorladı

29 Aprel 2017 11:05
2 Şərh     Baxış: 2 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Denizli şəhərində, ikinci əl məhsul satışının edildiyi bir saytdan satışa çıxardığı paltarları almaq bəhanəsiylə aldatdığı 24 yaşlı B.D. adlı universitet tələbəsini tapançayla təhdid edərək apardığı meşəlik sahədə zorlayan 26 yaşlı Soner E. həbs olunub.

Soner E. paltarları bacısı üçün alacağını deyərək, dünən saat 13.00 radələrində qızla Atatürk prospektində görüşüb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, bacısının evdə olduğunu və paltarları alacağını söyləyərək qızı aldadaraq avtomobilə mindirən Soner E. yolda tapançasını çıxardıb təhdid edərək, Karakurt məhəlləsindəki meşəlik sahəyə aparıb.

Burada gənc qızın başına tapança diriyən Soner E., onu zorlayıb. B.D. müqavimət göstərən zaman Soner E. -nin üz və qollarını dırnaqlarıyla yaralayıb, ancaq təcavüzdən xilas olmağı bacarmayıb. Soner E. təcavüz etdiyi qızı  sonra Dokuzkavaklar məhəlləsində avtomobildən düşürüb. Gənc qız polis mərkəzinə gedərək şikayət edib.

Dənizli Təhlükəsizlik İdarəsinin əməkdaşları şübhəli Soner E.-ni tutmaq üçün əməliyyata başlayıblar. Təhlükəsizlik kamerasının qeydləri araşdırılıb. Aparılan araşdırma nəticəsində Soner E. qısa müddətdə tutulub. Soner E. -nin üzərində axtarış aparan polis zorlama olayında istifadə etdiyi tapançanı ələ keçirib və silahın qustar üsulla hazırlandığı məlum olub.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.