Dünya

"Əl-Qaidə"nin liderlərindən biri məhv edilib

28 Aprel 2017 22:31
0 Şərh     Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ hərbçiləri Yəməndə "Ərəbistan Yarımadasında Əl-Qaidə" terror qruplaşmasının liderlərindən birini məhv ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bildirib.

"Aprelin 23-də hava zərbəsi nəticəsində "Əl-Qaidə" terror təşkilatının Ərəbistan Yarımadasındakı qolunun lideri Əbdül Əhməd əl-Alaki məhv edilib. Məlumat artıq təsdiqlənib", deyə C.Devis qeyd edib.
 
Pentaqon rəsmisi həmçinin bildirib ki, aprelin 27-də Əfqanıstanın Nanqarxar əyalətində xüsusi əməliyyat nəticəsində 35 İŞİD terror qruplaşmasının silahlısı məhv edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.