Dünya

14 yaşlı qızı "çay evi"nə apardı: yarıçılpaq fotolarını çəkdi

28 Aprel 2017 15:47
4 Şərh     Baxış: 4 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir rayonunda telefonla tanış olduğu 14 yaşlı qız uşağını "çay evi"nə aparıb, çılpaq fotolarını çəkən 23 yaşlı A. Ö.-yə hökm oxunub. 

Mili.Az gazetevatan-a istinadən xəbər verir ki, Diyarbakır Respublika Baş prokurorluğunun hazırladığı iddianaməyə görə, şübhəli A. Ö. 2009-cu ildə E.A.-ya zəng edərək tanışlıq təklif edib. Təklifi qəbul edən qızı 15 gün sonra çay evinə dəvət edən A.Ö. iddiaya görə burada onun yarıçılpaq fotolarını çəkib. Şikayətdən sonra prokurorluq şübhəli A. Ö. haqqında 3 ildən 8 ilə qədər həbs qərarının çıxarılmasını hakimdən tələb edilib.
 
İfadəsi alınan zərər çəkmiş E.A. isə hadisədən sonra ərə getdiyini və uşaq sahibi olduğunu ifadə edərək: "2009-ci ildə mənim uşaqlıq vaxtlarıma aid bir hadisədir. Mən hadisəni əvvəl də izah etmişdim. Şikayətçi deyiləm. Heç kim bu qərarıma görə mənə təzyiq etmir", - deyib.

Qərarını açıqlayan məhkəmə şübhəli A.Ö.-nü 2 il 6 ay azadlıqdan məhrum edib.
 
Məhəmməd Vaqif

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.