Dünya

Azərbaycan sərhədində ABŞ vətəndaşı saxlanıldı

28 Aprel 2017 15:14
0 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya-Azərbaycan sərhədində, Dağıstanın Axtın rayonun Smuqul kəndində sərhədi qanunsuz keçən ABŞ vətəndaşı saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə iki gün əvvəl baş verib. Əcnəbi qadın Rusiyada turist kimi gəlsə də, lakin onun sərhəd zonasına daxil olması buna icazə verən müvafiq sənədlər olmadan baş verib.

Hal-hazırda, Amerika Birləşmiş Ştatları vətəndaşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinə (sərhəd rejiminin pozulması maddəsi nə görə) məsuliyyət daşıyır. Ona cərimə tətbiq olunacaq.

Qeyd edək ki, bu ilin əvvəlindən Rusiyada sərhəd rejimini pozmalarına görə 300 nəfər saxlanılıb. Onlara tətbiq olunan cərimələrin məbləği 88 min rubl təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.