Dünya

Aqramunt AŞPA Bürosunun iclasına gəlmədi

28 Aprel 2017 13:26
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Şurası Parlament Assambleyasının sədri (AŞPA) qurumun Büro iclasında iştirak etməyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qurumun yaz sessiyasının bu gün keçirilən iclasına sədrlik edən AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib ki, P.Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.
 
"Biz də buna görə Pedro Aqramunta AŞPA sədri kimi etimad göstərməyəcəyik və o, Assambleyanı təmsil edə bilməz", - deyə R.Geyl vurğulayıb.
 
Qeyd edək ki, P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti hələlik məlum deyil. Belə davam edəcəyi təqdirdə, Nizamnamədə dəyişikliklər ediləcəyi gözlənilir.
 
Xatırladaq ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
 
Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P.Aqramuna etimadsızlıq məsələsini qaldırıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.