Dünya

Gümrüdə "dəfn edilən" general Türkiyədə tapıldı - "Məzar siyahısında babamın adı yox idi" - FOTO

28 Aprel 2017 10:57
3 Şərh     Baxış: 3 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Şərqi Anadolu bölgəsinin Ardahan rayonunda ev tikintisi zamanı ekskavator bünövrə qazarkən üzərində xaç işarəsi olan tabutun tapıldığı haqda məlumat vermişdik.

Qeyd edək ki, arxeoloqlar sonda bu tabutun rus generalına məxsus olduğu ehtimalları üzərində dayanmışdılar.

Milli.Az xəbər verir ki, Ardahanda ortaya çıxan rus general Vasiliy Geymanın nəvəsi tapılıb.

Sözügedən rus generalın nəvəsi olduğunu iddia edən Boris Akimov "DNT analizi verməyə hazıram" deyib. 

Müqəddəs Georgi və Müqəddəs Anna ordenlərinin kavaleri olan general Vasili Aleksandroviç Geymanın rəhbərliyi ilə rus ordusu 1877-ci ildə Türkiyənin şərqindəki Qars qalasını almışdılar. Bir il sonra isə rus qoşunlarında ağır tif epidemiyası başlamışdı. General Geyman da məhz tifə yoluxaraq 1878-ci ilin aprelin 13-də vəfat etmişdi.

Sputnik-dən Fuad Safarov-a açıqlama verən Boris Akimov bunları deyib:

"Xəbəri eşidən kimi çox həyəcanlandım. Mən babam ilə əlaqədar çox araşdırma aparmışam. Son məlumata görə, Ermənistanın Gümrü şəhərində dəfn edildiyini bilirdim. Lakin məzar siyahısında babamın adı yox idi. Bu səbəbdən onu bu günə qədər çox axtardım. Çox şeylər üst-üstə düşür. Məsələn, vəfat etdiyi tarix və yer. Fotodakı general rütbəsi də".

Akimov sözlərinə belə davam edib:

"Rusiyanın Ankaradakı səfirliyinə zəng etdim. Mövzuyla əlaqədar rəsmi bir məlumatın olmadığını dedilər. Telefon götürdülər. DNT analizi verməyə hazıram. Tabutun babama aid ola biləcəyi xəbərlərini mətbuatda gördüm. Mənim tanıdığım tarixçilər də tabutun babama aid ola biləcəyini düşünür. Təbii ki, bəzi tarixçilərə görə, məsələ çox qarmaqarışıqdır. Müxtəlif iddialar var. Amma mən tabutun babam Geymana aid olduğunu düşünürəm".

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.