Dünya

Londonda yeni teraktın qarşısı alındı? - VİDEO - FOTO

28 Aprel 2017 10:39
1 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya polisi Londonun mərkəzində, Vestminster Sarayının və ölkənin baş naziri Tereza Meyin iqamətgahının yaxınlığında iki bıçaqla silahlanmış gənci tutublar.

Olay Parliament Street və Westminster Bridge Road küçələrinin kəsişməsində olub.

Milli.Az The Guardian-a istinadən bildirir ki, London polisinin verdiyi məlumata görə, Uaythollda tutulmuş potensial terror aktının qarşısı alınıb, çünki iki bıçağı olan şəxs hücum hazırlayırmış.

Tutulmuş şəxs Londonun cənubundakı polis idarəsinə aparılıb. 27 yaşlı, saqqallı şəxs qanunsuz silah saxlamaqda və gəzdirməkdə suçlanır.

Onun əvvəllər Britaniyanın Mİ5 antiterror xidmətinin xüsusi siyahısında olduğu deyilir.

Tutulmuş şəxsin evində axtarış aparılanda da orada 2 "kommando" bıçağı aşkarlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Londonda yeni teraktın qarşısı alındı?

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.