Dünya

Liderlər RAZILAŞDI - Şimali Koreyaya ZƏRBƏ

27 Aprel 2017 20:45
1 Şərh     Baxış: 5 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin Moskvada Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, Putin bildirib ki, Yaponiyanın baş naziri ilə Koreya yarımadasında yaranmış gərginliyi müzakirə ediblər.
 
"Biz Koreya yarımadasındakı vəziyyətə görə narahatıq. Danışıqların sürətlə bərpasına çağırırıq. Biz regional dövlətləri müharibə ritorikasından əl çəkməyə və konstruktiv dialoqa çağırırıq", - deyə o bildirib.
Yaponiyanın baş naziri isə deyib ki, ölkəsi ilə Rusiya Şimali Koreyada nüvə silahının hazırlanmasının qadağası haqda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına davam edəcək.
 
"Biz  prezident Putinlə razılaşdıq ki, Yaponiya ilə Rusiya bu sahədə əməkdaşlıq edəcəklər. Həmçinin Şimali Koreyaya müraciət edəcəyik ki, o fitnəkar hərəkətlərindən əl çəksin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etsin", - deyə söyləyib. 
 
Qeyd edək ki, son zamanlar Şimali Koreyanın  ABŞ və Cənubi Koreya ilə münasibətləri daha gərginləşib. Ekspertlər hər an müharibə başlaya biləcəyini istisna etmirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.