Dünya

Rusiyanın hərbi gəmisi "Aşot"la toqquşdu - 15 dənizçi itkin düşdü - YENİLƏNİB - FOTO

27 Aprel 2017 16:13
1 Şərh     Baxış: 4 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:13

Liman gəmisinin 78 nəfərlik heyətinin bütün üzvləri xilas edilib.

Milli.Az NTV-yə istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin Sahil Təhlükəsizliyi İdarəsi yayıb.

----------

15:58

Milli.Az bildirir ki, NATO təsnifatında adı "Moma Class" olan "Liman" radioelektron kəşfiyyat gəmisi "Don" radiolokasiya kəşfiyyatı, "Bronza" hidroakustika kəşfiyyat sistemi, habelə "Rotor-N", "Vaxta-M", "Vaxta-10", "Vaxta-12", MRR-1-7, "Vitok-AK", "Vizir-M", "Uzel", "Kayra" və s. kəşfiyyat avadanlığı ilə təchiz olunub.

"Liman" 1970-ci ildə Polşanın Qdansk şəhərindəki "Stoçni Polnoçni" tərsanəsində inşa olunub.

Gəmi hazırda Rusiyanın Hərbi-Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasındakı 519-cu əlahiddə kəşfiyyat gəmiləri divizionuna daxildir. Divizionun daimi məkanı Sevastopol şəhərindəki Yujnaya buxtasıdır.

------------

15:51

Milli.Az bildirir ki, insident Bosfor boğazından 40 kilometr şimal-qərbdə baş verib. "Liman" orta kəşfiyyat gəmisi "Aşot-7" gəmisi ilə toqquşub və sonucda "Liman"ın sağ tərəfində, vaterxəttdən aşağıda dəlik yaranıb.

861 "Liman" gəmisi 1970-ci ildə Polşanın Qdansk şəhərində inşa olunub. Tam su tutumu 1500 ton, maksimal sürəti 17 knotdur.

Gəmi heyətindən 45 nəfər xilas olunub. 15 rusiyalı hərbi dənizçi itkin düşüb.

-------------

15:46

Qaradənizdə Kilyos sahillərinin yaxınlığında 2 gəmi toqquşub.

Milli.Az hürriyet-ə istinadən xəbər verir ki, Rusiyaya məxsus döyüş gəmisi ilə heyvan yüklü yük gəmisinin toqquşması nəticəsində batmaqda olan 45 rus əsgəri Türkiyə Sahil Təhlükəsizliyinin əməkdaşları tərəfindən xilas edilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.