Dünya

Egemen Bağış: "AŞ PA-nın Türkiyə ilə bağlı qərarı demokratiyaya xidmət etmir"

27 Aprel 2017 13:53
1 Şərh     Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Türkiyədə demokratiyanın xeyrinə qəbul olunmuş bir qərar deyil.

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin keçmiş Aİ işləri üzrə naziri Egemen Bağış deyib.

Onun sözlərinə görə, AŞ PA-nın bu qərarı Türkiyəyə qarşı çalışan lobbiçilərin işidir. "Artıq uzun müddətdir ki, Avropa ölkələrində antitürkiyə lobbisi mövcuddur. Onlar Avropa ölkələrinin parlamentlərində Türkiyə barədə dezinformasiya yayırlar".

Keçmiş nazir qeyd edib ki, Türkiyə ilə münasibətləri möhkəmləndirmək əvəzinə AŞ PA müəyyən qüvvələrin təsiri altında bu qərarı qəbul edib. O, bu qərarın gözlənilməz olmadığını deyib.

E.Bağış vurğulayıb ki, Türkiyə bu lobbiyə qarşı işini davam etdirməlidir və Avropanı bu ölkədəki reallıqlarla tanış etməlidir.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.