Dünya

İranın Pakistanla sərhəd bölgəsində silahlı insident: 10 sərhədçi ölüb, 3-ü yaralanıb

26 Aprel 2017 22:58
2 Şərh     Baxış: 2 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında silahlı insident baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sərhəd polisi və silahlılar arasında baş verən atışma nəticəsində 10 İran sərhədçisi ölüb, 3-ü yaralanıb.

Silahlıların itkisi barədə məlumat verilmir. İran polisinin məlumatına görə, sərhədçilər Pakistan ərazisindən atəşə tutulub.
 
Hazırda hadisə yerində tədqiqat aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.