Dünya

"Nyukasl"ın icraçı direktoru HƏBS OLUNDU

26 Aprel 2017 19:57
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Nyukasl" futbol klubunun icraçı direktoru Li Çarnli maliyyə fırıldağında şübhəli bilindiyi üçün həbs olunub. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onunla yanaşı, daha bir neçə futbol məmuru saxlanılıb.

Böyük Britaniya vergi idarəsi zabitlərinin İngiltərə və Fransada apardıqları axtarışlar zamanı müxtəlif sənədlər, maliyyə hesabatları, kompüter və telefonlar müsadirə olunmaqla yanaşı, L.Çarnli vergi və gömrük ödənişlərindən yayınması ilə bağlı dindirilib.

İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem" klubunun stadionunda da axtarış olub.

Bildirilir ki, ötən müddət ərzində 12 klub, 43 futbolçu və 12 agentlə bağlı da araşdırmalar həyata keçirilib.

Li Çarnli 2014-cü ildə "Nyukasl"ın icraçı direktoru vəzifəsinə təyin olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.