Dünya

Həqiqət ortaya çıxdı - Tapılan tabutdakı rus generalıdır? - FOTO

26 Aprel 2017 19:37
4 Şərh     Baxış: 7 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ardahan rayonunda tikinti işləri aparılan zaman aşkar edilən tabutun bir "rus general"a aid olduğu iddiaları haqda məlumat vermişdik.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Ardahanda inşaat sahəsindəki qazıntı zamanı aşkar edilən tabutun, 1877-78 -ci illərdə rus işğalı dövründə öldüyü düşünülən və hərbi geyimi ilə basdırılan rus zabitinin böyük hissəsi çürüməyən cəsədi, Qarsa gətirilərək bir muzeydə mühafizə altına alınıb.

Qars Muzeyinin müdiri Necmettin Alp cəsəd üzərində araşdırma edildiyini dilə gətirərək: "Tabutdakı adam, Ardahanda bir rus qarnizonunda vəzifə yerinə yetirən rus kapitandır. Çünki uniformasında 3 ulduz və 20 rəqəmi var. Yəqin rəqəm bu zabitin sicil nömrəsi (qeydiyyat nömrəsi) ola bilər", - açıqlamasını edib.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.