Dünya

"ABŞ bizi bu addımı atmağa vadar edir" - General

26 Aprel 2017 13:44
0 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 7-də ABŞ-ın Suriya ərazisində yerləşən "Əş-Şəyrat" aerodromuna endirdiyi raket zərbələri Rusiya hərbçilərinin həyatı üçün təhlükə yaradıb. Rusiya Müdafiə Nazirliyi hərbçilərin müdafiəsini təmin etmək üçün lazımi tədbirlər görür.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "VI beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransı"nın açılışında bildirib. 

"Raket atəşini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiririk. Bundan başqa, rəsmi Vaşinqtonun hərəkətləri Suriyada terrorizmlə mübarizə aparan hərbi qulluqçularımızın həyat üçün təhlükə yaradıb. Belə addımlar bizi şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyə vadar edir".

Şoyqu bildirib ki, Rusiya Suriyadakı terrorçularla mübarizədə aviasiyanın tətbiqi təcrübəsini tərəfdaşları ilə bölüşməyə hazırdır. Rusiyalı general həmçinin əlavə edib ki, terrorçular qaçqınların arasında gizlənərək dünyanın müxtəlif ölkələrinə gedir və terror aktı törədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.