Dünya

Şahid: "Qalustyan "Boulevard Hotel Baku"da mənə narkotik təklif etdi" - YENİLƏNİB

26 Aprel 2017 14:10
1 Şərh     Baxış: 1 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:10

Bakıda narkotik ittihamı ilə həbs olunan erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun (Qalustyan) işi üzrə bu gün başlayan məhkəmə prosesinin bəzi detalları məlum olub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmədə Ueldanov ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini deyib. Lakin ifadə verən şahidlərdən biri - Nicat Həsənov bildirib ki, Ueldanovla birlikdə "Boulevard Hotel Baku"da işləyib. Bir dəfə Ueldanov ona narkotik təklif edib və deyib ki, lazım olsa yenə gətirə bilər. Lakin Həsənov narkotikdən imtina edib.

-----------

12:36

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən M.Ueldanov özünü təqsirli bilməyib. İclasda 5 şahid ifadə verib.

Proses aprelin 28-də davam etdiriləcək.

İttihama görə, ötən il iyulun 28-də Rusiya vətəndaşı M.Ueldanov Bakıda saxlanılıb. O, narkotik maddələrin külli miqdarda qanunsuz dövriyyəsində ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.