Dünya

Hindu qəzəbi: polislərə nizə, ox atdılar - VİDEO - FOTO

26 Aprel 2017 14:45
1 Şərh     Baxış: 1 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada bir neçə hindu qəbiləsi ölkə paytaxtı Braziliada etiraz aksiyası keçiriblər. Onlar torpaqların demarkasiyasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxırlar.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, parlamentdə qanun layihəsi qəbul olunarsa, Braziliyadakı aborigenlər əzəli ərazilərinin böyük qismindən məhrum olacaqlar.

Qəbilə başçıları prezident Mişel Temeri suçlayır, dövlət başçısının Amazoniyadakı əraziləri böyük korporasiyalara vermək istədiyini deyirlər.

Təxminən 2 min hindu Braziliya parlamentinin binasının önünə yığışaraq ətraf yolları bağlayıblar. Polis nümayişçilərə qarşı səs-işıq qumbaraları, rezin güllələr və bibər qazından istifadə edib.

Cavab olaraq hindular polislərə oxlar və nizələr atıblar.

Bəzi hindular isə Konqres qarşısındakı meydanda çadır qurublar. Onlar ən azı iki həftə meydanda qalacaqlarını deyiblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hindu qəzəği: polislərə nizə, ox atdılar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.