Dünya

ABŞ Türkiyənin Suriya və İraqdakı əməliyyatı barədə bir saat əvvəl xəbərdar olub

26 Aprel 2017 08:46
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Türkiyə ordusunun kürd silahlılarının Suriya və İraqdakı mövqelərinə qarşı keçirdiyi əməliyyatlar barədə bir saat əvvəl xəbərdar olub. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalına ABŞ Müdafiə Nazirliyindəki yüksək vəzifəli mənbə bildirib.

Qeyd edək ki, Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bildirib ki, Türkiyə Suriya və İraqa zərbələri ABŞ  və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib.
 
Daha sonra Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan kürd terrorçularına qarşı keçirilən əməliyyat barədə Rusiya, ABŞ və digər tərəfdaş ölkələrinin əvvəlcədən xəbərdar olunduğunu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.